XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

27 Noyabr 2019 - 00:17

Serbiyada külli miqdarda çətənə istehsal edilən laboratoriya aşkar edilib –Həbslər var

Serbiya polisi Belqrad yaxınlığında marixuana istehsal edilən gizlin plantasiya və laboratoriyanı aşkar edib, orada təxminən 4 ton çətənə tapılıb.

Bu barədə Serbiyanın Daxili İşlər Nazirliyi bildirib.

Məlumata əsasən, marixuana istehsalı üçün olan yeraltı laboratoriyada ümumi çəkisi 3,9 min kiloqram olan 649,4 kiloqram hazır narkotik və 65,5 min narkotik bitki tapılıb.

Ərazisində əkin və laboratoriyanın yerləşdiyi kənd təsərrüfatı müəssisəsi rəhbərliyinin nümayəndəsi və narkotik vasitələrin qanunsuz istehsalında şübhəli bilinən şirkətin 8 əməkdaşı saxlanılıb/Trend.