XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Noyabr 2019 - 21:34

Göygöl rayonunda itkin düşən 15 yaşlı oğlan avtovağzaldan tapıldı

Göygöldə itkin düşən yeniyetmə tapılıb.

Trend-in məlumatına görə, hadisə rayonun Mollacəlilli kəndində baş verib.

Kənd sakini, 2004-cü il təvəllüdlü Cəfərov Cahangir Xəyyam oğlu noyabrın 17-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

C.Cəfərovun anası Könül Cəfərova polisə müraciət edərək bildirib ki, oğlunu noyabrın 25-də Göygöl rayon avtovağzalından tapıb.

Faktla bağlı araşdırma aparılır.