XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

28 Noyabr 2019 - 10:55

Avropa İttifaqının Polis Xidməti 79 nəfəri saxlayıb –Dələduzluqla bağlı

Avropa İttifaqının Polis Xidməti (Avropol) aviabiletlərin saxtalaşdırılmasında şübhəli bilinən 79 nəfəri saxlayıb.

Bu barədə “Qazeta.ru” məlumat yayıb.

Qeyd olunur ki, şübhəlilər aviabiletlər alarkən oğurlanmış və saxta kartlardan istifadə ediblər. Onlar noyabrın 18-dən 22-dək dünyanın 200-dən çox hava limanında keçirilmiş “Global Airline Action Days” (GAAD) çərçivəsində 12-ci hökumətlərarası əməliyyat zamanı saxlanılıb.

Avropol 150 şübhəli tranzaksiya aşkarlaya, eləcə də saxta şəxsiyyət vəsiqələrindən istifadə etməklə sərhədləri qanunsuz keçmək və uşaq oğurlamaq cəhdlərinin qarşısını alıb.

Qeyd edək ki, son illərdə Aİ-də kredit kartları saxtakarlığı halları daha çox müşahidə olunur. Mütəxəssislərin qiymətləndirməsinə görə, belə saxtakarlıqlar səbəbindən aviasiya sənayesinin itkiləri ildə 1 milyard dollara çatır/Report.