Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
DİN-nin Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, noyabr ayının 27-də törədilən 29 cinayətin üstü “isti izlər”lə açılıb.
Məlumata görə. əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması təmin olunub: “Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Avtomobil yollarında isə 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb”.
Məlumatda o da bildirilib ki, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19 fakt müəyyən edilib: “Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb”.