XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

28 Noyabr 2019 - 13:33

Akif Çovdarovun işçisi də Ali Məhkəməyə müraciət edib –Məhkəmə prosesi

Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

“Report”un xəbərinə görə, şikayətə hakim Əziz Seyidovun sədrliyi ilə baxılır.

Prosesdə məlum olub ki, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, bu iş üzrə təqsirli bilinən polkovnik Səlim Məmmədov da kassasiya şikayəti verib.

Hər iki kassasiya şikayətinin bir icraatda birləşdirilməsi barədə qərar qəbul edilib.

Proses dekabrın 19-da davam etdiriləcək.

Qeyd edək ki, A.Çovdarov və Səlim Məmmədov 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi onların apelyasiya şikayətini təmin etməyib.

A.Çovdarovun ailə üzvləri – oğlu Ruslan Çovdarov, həyat yoldaşı İbadət Çovdarova, qızları – Günay Əmircanova və Aidə Qadımova əmlak müsadirəsi ilə bağlı da şikayət veriblər.

Xatırladaq ki, A.Çovdarov və Səlim Məmmədov apellyasiya məhkəməsinin qərarından verdikləri kassasiya şikayətini geri götürsələr də, oktyabr ayında yenidən Ali Məhkəməyə müraciət ediblər.