XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

28 Noyabr 2019 - 18:11

Ermənistanın polis general-mayoru Rusiyada öldü –Partlayış nəticəsində

Yerevanın keçmiş polis rəisi, general-mayor Aşot Karapetyan naməlum şəraitdə qaz partlayışı və dağıntı nəticəsində Rusiyada ölüb.

Məlumatı “Novosti Armeniya” yayıb.

Bildirilib ki, partlayış noyabrın 28-də baş verib və partlayışdan sonra baş verən yanğın nəticəsində iki nəfərin öldüyü barədə məlumat yayılıb.

Hazırda keçmiş polis rəisinin ölüm şəraiti və səbəbləri araşdırılır. Onun Rusiyanın Pyatiqorsk şəhərində pivə zavodunda baş verən yanğın nəticəsində öldüyü ehtimal edilir.

Xatırladaq ki, Aşot Karapetyan 2016-cı ildə etiraz aksiyalarının dağıdılması zamanı yol verdiyi qanun pozuntusuna görə tutduğu vəzifədən azad edilib.

Cari ilin sentyabrında Ermənistan Polisinin keçmiş rəisi (keçmiş daxili işlər naziri) Hayk Arutyunyanın yaşadığı evdə meyiti tapılıb/Report.