XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

29 Noyabr 2019 - 13:23

Bakıda polis əməliyyatı:köşkə basqın edən maskalı şəxslər həbs edildi - Təfərrüat + FOTO

Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən köşklərdən birinə basqın edilib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, naməlum maskalı şəxslər obyektə daxil olaraq satıcıya bıçaqla hədə-qorxu gələrək 800 manat və 1000 manat dəyərində mobil operatorlara məxsus danışıq kartları ələ keçiriblər.

Faktla bağlı məlumat daxil olan kimi cinayəti törədən şəxslərin axtarışlarına başlanılıb Bakı şəhər Baş Polis İdarəsi, Sabunçu Rayon Polis İdarəsi və 13-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Altan Ağamalıyev və Lerik rayon sakini Firuz Qasımlı saxlanılıblar. Onların üzərlərinə baxış keçirilən zaman köşkdən ələ keçirdikləri danışıq kartları, yaşadıqları mənzillərdən isə cinayət zamanı istifadə etdikləri papaqlar, əlcəklər və bıçaq aşkar olunaraq maddi sübut kimi götürülüb.

Qeyd edək ki, Altan Ağamalıyev əvvələr həmin köşkdə satıcı işlədiyindən cinayət törətmək təklifini də əvvəlcə o edib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.