XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

13 Fevral 2016 - 06:05

Lənkəranda oğrular rabitə xəttini kəsib: [color=red]4 kənd internetsiz və telefonsuz qalıb

kabel.JPG

Lənkəranda telefon naqillərinin kəsilərək oğurlanması dörd kəndi rabitəsiz qoyub.

Apa.az-ın cənub bürosunun xəbərinə görə, oğurluq hadisəsi rayonun Mollakənd kəndi ərazisində qeydə alınıb.

Fevralın 9-da səhər saatlarından telefonların kəsildiyini görən sakinlər Lənkəran Rayon Telekommunikasiya Qovşağının əməkdaşına müraciət ediblər. Araşdırmalar nəticəsində məlum olub ki, magistral yoldan keçən rabitə xəttinin 200 metrlik hissəsi kəsilərək, oğurlanıb.

Kabellərinin kəsilməsi Siyobili, Əşlə, Yuxarı Təngivan və Aşağı Təngivan kəndlərinin 200 sakinini rabitə və internetsiz qoyub.

Yerli sakinlərin bildirdiyinə görə, kabellərin daxilindən mis məftillər keçdiyindən oğru, yaxud oğrular rabitə xətlərini kəsərək, satıblar.

Artıq hadisə barədə 102 xidmətinə və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə (ŞRPŞ) məlumat verilib. Polis əməkdaşları hadisə yerinə gələrək istintaq üçün zəruri olan izləri götürüblər.

Faktla bağlı Lənkəran ŞRP-də araşdırma aparılır, hadisəni törədənlərin tapılaraq, istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.