XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

13 Fevral 2016 - 09:54

Məhkəmə İlhamə Quliyevanın keçmiş köməkçisi haqda [color=red]qərar verdi

Bu gün Səbail Rayon Məhkəməsində xalq artisti İlhamə Quliyevanın həbsdə olan köməkçisi Mehriban Hüseynovanın barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanının verdiyi vəsatətə baxılıb.
 

Vəkil Vasif Mirzəyev apa.az-a bildirib ki, prosesdə müdafiə etdiyi şəxsin barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılacağı təqdirdə onun ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət verib.
 
Məhkəmə vəsatəti təmin etməyib. Mehriban Hüseynova barəsində seçilmiş həbs-qətimkan tədbirinin 3 ay müddətinə uzadılması barədə qərar qəbul edilib.
 
Vəkil bazar ertəsi qərardan apellyasiya şikayəti verəcəyini bildirib.
 
Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180-ci (soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur.