XƏBƏR LENTİ

12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

05 Dekabr 2019 - 11:15

Balakəndə polis əməliyyatı:qanunsuz olaraq at əti satan şəxs tutuldu

Balakən rayonunda mənşəyi məlum olmayan heyvan ətinin satışı ilə məşğul olan şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Strateq.az-a verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinə rayonun Sarıbulaq kənd sakini, 49 yaşlı Şahin Dibirovun şəhər ərazisindəki yaşadığı evdə mənşəyi məlum olmayan heyvan ətinin satışı ilə məşğul olması barədə məlumat daxil olub.

Polis əməkdaşları və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə həmin ünvana baxış keçirilən zaman çəkisi 35 kiloqram olan dərisi soyulmuş halda 1 at cəmdəyinin qalıqları aşkar edilib. Ətdən nümunələr götürülərək ekspertizaya təqdim edilib.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.