XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 December 2019 - 12:04

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanıldı –DİN açıqlama yaydı

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

DİN-nin Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, dekabr ayının 4-də törədilən 20 cinayətin üstü “isti izlər”lə açılıb.

Məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 36 cinayətin açılması təmin olunub: “Axtarışda olduğuna görə ümumilikdə 36 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Avtomobil yollarında isə 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb”. 

Məlumata görə, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib: “Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb”.