XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 December 2019 - 12:22

Ağdamda silahlı insident:31 yaşlı kişi atasına borclu olan şəxsi güllələdi

Ağdam rayonunda güllələnmə faktı qeydə alınıb.

Rayonun Aşağı Yüzbaşılı kəndində 1988-ci il təvəllüdlü Məmmədov Orxan Bəhlul oğlu güllələnib.

Məlum olub ki, O. Məmmədov ölən atasına borclu olan Yüzbaşılı kənd sakini Cəbrayıl İsmayılovdan pulu ödəməsini istəyib.

Bu zaman onların arasında mübahisə yaranıb. Nəticədə C. İsmayılov odlu silahdan atəş açaraq, O. Məmmədovu yaralayıb.

Yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda həkimlər onun həyatını xilas etməyə çalışır.

Yaxınlarının APA-ya verdiyi məlumata görə, C. İsmayılovun O.Məmmədovun atası Bəhlul Məmmədova 60000 manat borcu olub.

Ağdam rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayon ərazisində Orxan Məmmədovun odlu silahdan açılan atəş nəticəsində xəsarət alması faktı ilə bağlı dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşlarının iştirakı ilə baxış keçirilib.

Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. İlkin istintaqla 1956-cı il təvəllüdlü Cəbrayıl İsmayılovun 1988-ci il təvəllüdlü Orxan Məmmədova lüləsi kəsilmiş ov tüfəngindən iki dəfə atəş açmaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib. C.İsmayılov şübhəli şəxs qismində tulularaq istintaqa cəlb olunub. 

Hazırda iş üzrə təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.