Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, dekabr ayının 10-da törədilən 27 cinayətin üstü “isti izlər”lə açılıb.
Məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması təmin olunub: “Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Avtomobil yollarında isə 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb”.
Məlumatda o da bildirilib ki, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib: “Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb”.