Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
DİN-nin Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, dekabr ayının 11-də törədilən 16 cinayətin üstü “isti izlər”lə açılıb.
Məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması təmin olunub: “Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Avtomobil yollarında isə 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb”.
Məlumata görə, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib: “Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb”.