Yasamal rayonu ərazisindəki mağazaların birindən 3 ədəd “Rado” markalı qol saatı oğurlanıb.
DİN-nin Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, oğurluq hadisəsi barədə “102” Zəng Mərkəzinə müraciət daxil olub.
Məlumatla əlaqədar Yasamal Xətai Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
İnşaatçılar prospektində yerləşən mağazadan 12 000 manat dəyərində 3 ədəd “Rado” markalı qol saatının oğurlandığı müəyyən edilib.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 27-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri A.Abdullayev və T.Qurbanov saxlanılıb.