XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

17 Dekabr 2019 - 13:38

Bakıda 4 nəfərə qarşı dələduzluq edən qadın saxlanıldı –Açıqlama

Bakıda 4 nəfərə qarşı dələduzluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 3 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən Göygöl rayon sakini Ş.Musayeva tutulub.

Ətrafında aparılmış tədbirlərlə onun cari il noyabr ayında Bakı şəhər sakini S.Cabbarovanı aldadıb ondan 500 manat alması da müəyyən edilib.