XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 December 2019 - 12:24

“Yaralılardan biri reanimasiya şöbəsinə yerləşdirilib” –Nazirlik Balakəndəki hadisə ilə bağlı məlumat yaydı

Səhiyyə Nazirliyi Balakən rayonunda kişinin ailə üzvlərinə qarşı silahla atəş açması nəticəsində yaralananların səhhəti ilə bağlı məlumat yayıb.

Nazirlikdən “Report”a bildirilib ki, Balakən rayonunun Yeni Şərif kəndində baş verən silahlı insidentlə bağlı Balakən Mərkəzi Rayon Xəstəxanasına 1-i azyaşlı olmaqla 5 nəfər müraciət edib:

“Yaralılardan 34 yaşlı kişi reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti keçirdiyi əməliyyata uyğundur. 39, 49 yaşlı qadınlar və 59 yaşlı kişinin müalicələri cərrahiyyə şöbəsində davam edir. Vəziyyəti orta-ağır stabil kimi qiymətləndirilir. 1 yaşlı körpə isə ilkin tibbi yardımdan sonra evə yazılaraq qohumlarına təhvil verilib”.