XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 December 2019 - 00:27

İtaliyada mafiyaya qarşı irimiqyaslı əməliyyat:300-dən çox şəxs saxlanıldı

İtaliya polisi ölkənin cənubunda mafiyaya qarşı irimiqyaslı əməliyyat keçirib.

Trend-in məlumatına görə, əməliyyat nəticəsində 334 nəfər saxlanılıb.

Əməliyyat “ndrangeta” mafiyasının üzvlərinə qarşı keçirilib. Həbslər, həmçinin Almaniya, İsveçrə və Bolqarıstanda keçirilib.

Ümumilikdə əməliyyatda 3 mindən çox polis iştirak edib.

Bu, 1980-ci illərin sonundan bəri İtaliyada mafiyaya qarşı keçirilmiş ən iri əməliyyat hesab olunub.