XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 December 2019 - 00:23

Yasamalda silahlı insident:30 yaşlı kişi maşında güllələndi

Bakının Yasamal rayonunda güllələnmə hadisəsi baş verib.

Hadisə Şərifzadə küçəsində qeydə alınıb.

Binəqədi rayon sakini, 1989-cu il təvəllüdlü Muradov Zülfü İlqar oğlu naməlum şəxs tərəfindən idarə etdiyi 10-OP-021 dövlət qeydiyyat nişanlı “VAZ 2121” (“Niva”) markalı avtomobilində tapança ilə güllələnib. Ona ümumilikdə üç güllə vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır. /APA