XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Dekabr 2019 - 13:17

Bakıda polis əməliyyatı:iki keçmiş məhkum saxlanıldı

Bakıda keçmiş məhkumdan narkotik və xarici valyuta götürülüb.

DİN-nin Mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş V.Cavadov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 2 qrama yaxın heroin götürülüb.

Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən Ordubad rayon sakini, əvvəllər məhkum olunmuş E.Süleymanov da polis əməkdaşları tərəfindən müəyyən edilərək tutulub.

Şəxsi axtarış zamanı ondan 3 qramdan artıq heroin, Nəsimi rayonu ərazisindəki kirayədə yaşadığı mənzildən isə 2 kiloqram 600 qram heroin, 256 qrama yaxın tiryək, 99 qramdan artıq metamfetamin, 3 ədəd elektron tərəzi və 150.000 İİR rialı aşkar edilərək götürülüb.