XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 December 2019 - 15:43

Ağsuda polis əməliyyatı:həmkəndlisini odlu silahla hədələyən şəxs tutuldu

Ağsu rayonunda həmkəndlisini odlu silahla hədələyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan Strateq.az-a verilən məlumata görə, ötən gün Ağsu rayon Nuran kənd sakini Mahir Nəcəfov DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və Ağsu Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək həmkəndlisi Zaur Heydərov tərəfindən odlu silahla ölümlə hədələndiyini bildirib.

Ağsu RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Heydərov saxlanılıb və ona məxsus fərdi yaşayış evinə baxış keçirilən zaman müvafiq sənədləri olmayan ov silahı və 5 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Ağsu RPŞ-də araşdırma aparılır.