XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

26 Dekabr 2019 - 19:51

Şabranda soyğunçuluq etməkdə şübhəli bilinən şəxslər axtarılır –Polis onlardan birinin fotorobotunu hazırlayıb + FOTO

Şabran rayonunda soyğunçuluq etməkdə şübhəli bilinən şəxslər axtarılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Strateq.az-a verilən məlumata görə, zərərçəkmişin üzünü gördüyü soyğunçulardan birinin sol qulağında sırğa və sağ gözü ətrafında çapıq olub. Onun ifadəsi əsasında həmin soyğunçunun fotorobotu hazırlanıb.

Soyğunçuların hər ikisinin boyu təxminən 175-180 santimetr, arıq bədən quruluşlu, qısa qara saçlı və az saqqallı olublar. Hadisəni törədərkən əyinlərində cins şalvar və tünd rəngli üst geyimi olub. Soyğunçuları tanıyan və görənlər varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Şabran Rayon Polis Şöbəsinə və ya şəhər telefonlarından (023)353-23-05 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş edilir.