XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 December 2019 - 09:40

Bakıda gənc oğlan yaşadığı binanın həyətində bıçaqlanıb

Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Habil Mirzəyev küçəsi, Döngə 3 ünvanında qeydə alınıb.

1998-ci il təvəllüdlü Şatıyev Allahverdi Nazim oğlu binanın həyətində naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 1 saylı Xəstəxanaya çatdırılıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsində araşdırma aparılır. /APA