XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Dekabr 2019 - 20:30

Kürdəmirdə “Motu” ləqəbli oğru saxlanılıb –VİDEO

Kürdəmir rayonunda “Motu” ləqəbli oğru saxlanılıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Kürdəmir rayon sakinləri Əlişiraz Cəfər oğlu Abbasov və Məhəmməd Abdulqadir oğlu Gərayev rayon polis şöbəsinə müraciət edərək onlara məxsus ərzaq mağazasından oğurluq edildiyini bildiriblər.

Belə ki, naməlum şəxs qapını sındıraraq bir mağazadan 1700 manat dəyərində ərzaq məhsulu və 300 manat aparıb. Eyni zamanda digər mağazanın tavan hissəsindən daxil olaraq 1000 manatlıq ərzaq məhsulunu oğurlayıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmr rayonunun Atakişili kənd sakini, 1983-cü il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunmuş Ramal Sədaqət oğlu Şirinov şübhəli şəxs qismində saxlanılıb. O, ilkin dindirmə zamanı əməlini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. /Report