XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

05 Yanvar 2020 - 17:39

Azərbaycan vətəndaşları yol qəzasında vəfat ediblər –İranda

Ər və arvad olan iki Azərbaycan vətəndaşı İran İslam Respublikasında yol qəzası nəticəsində ölüb.

Hadisə bu gün günorta saatlarında İranın Ərdəbil şəhəri ərazisində qeydə alınıb.

Belə ki, İrana müalicə məqsədi ilə gedən Biləsuvar rayon Çaylı kənd sakinləri – 1956-ci il təvəllüdlü Kərimov Mürşüd Səftər oğlu və onun həyat yoldaşı, 1961-ci il təvəllüdlü Kərimova Müşkinaz İbrahim qızı Azərbaycana qayıdan zaman yol qəzasına düşüblər. Nəticədə hər iki şəxs dünyasını dəyişib.

Onlar sabah doğulduqları Çaylı kənd qəbiristanlığında dəfn ediləcəklər. /Report