Bu gecə Bakının Qaradağ rayonunda şirkətlərin biri qarət olunub.
Qaradağ rayon Polis İdarəsi 38-ci polis bölməsindən verilən məlumata görə, bu barədə səhər saatlarında bölməyə şikayət daxil olub.
Şikayətdə bildirilir ki, Bakı – Salyan şosesinin 25-ci kilometrliyində yerləşən şirkətin avadanlıqları oğurlanıb. Verilən məlumata görə, 500-ə yaxın bahalı işıqlandırıcı sistem və müşahidə kameraları oğurlanıb. Oğurlanan malların ümumi dəyəri 30 min manata yaxındır.
Faktla bağlı araşdırmalara başlanılıb(Ans).