XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

08 Yanvar 2020 - 14:04

Bakıda ev talandıqdan sonra yandırılıb –Paytaxt polisi açıqlama yaydı

“Binəqədi rayonu Əliheydər Qarayev küçəsində yaşayış evinin talandıqdan sonra yandırılması ilə bağlı iddialar araşdırılır”. 

Strateq.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) açıqlama yayıb.

Bildirilib ki, faktla bağlı Binəqədi RPİ İstintaq şöbəsində CM-nin 186.2.2 (əmlakı qəsdən məhvetmə və ya zədələmə – yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb: “Cinayət işi üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədilə Bakı Şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin nəzarətindədir: “Cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib. Hazırda digər zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Qeyd edək ki, saytların birində 2 gün əvvəl Binəqədi rayonu Əliheydər Qarayev küçəsində evin qarət olunduqdan sonra yandırıldığı barədə xəbər yayılıb.