XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

09 Yanvar 2020 - 11:34

Astarada polis əməliyyatı:2 nəfər narkotiklə tutuldu

Astarada bir kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Strateq.az-a verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayonun Kakalos kənd sakini, əvvəllər məhkum olunmuş Nəsir Suvarov 1 bükümdə narkotik vasitə marixuana və bir bükümdə narkotik vasitə heroini satarkən cinayət başında saxlanılıb.

Saxlanıldıqdan sonra onun üzərinə keçirilən baxış zamanı satış məqsədilə üzərində gəzdirdiyi 5 qram narkotik vasitə qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Davam edən əməliyyat tədbirləri nəticəsində N.Suvarovun narkotik vasitəni həmkəndlisi Asəf Təhməzovdan əldə etdiyi müəyyən edilib və həmin şəxs də saxlanılıb. Keçirilən baxış zamanı onun üzərindən bir bükümdə 0,182 qram, yaşadığı evdən isə bir bağlamada 1 kiloqram 50 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.