XƏBƏR LENTİ

12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

14 Yanvar 2020 - 12:49

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanıldı –DİN açıqlama yaydı

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, yanvarın 13-də törədilən 30 cinayətin üstü “isti izlər”lə açılıb.

Məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması təmin olunub: “Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Avtomobil yollarında isə 5 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb”.

Məlumata görə, Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib: “Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb”.