XƏBƏR LENTİ

28 Yanvar 2020
27 Yanvar 2020

Digər Xəbərlər

14 Yanvar 2020 - 13:25

Gürcüstanda azərbaycanlılar və gürcülər arasında kütləvi dava:xəsarət alan və saxlanılanlar var

Gürcüstanın Tetritskaro rayonunun Tsintsxaro kəndində yaşayan azərbaycanlılar və svanlar (gürcülərin subetnik qrupu – red.) arasında kütləvi dava olub.

Bu barədə yerli mətbuat məlumat yayıb.

Bir neçə gün öncə baş verən insident nəticəsində üç nəfər xəsarət alıb. İkisi azərbaycanlı olan həmin şəxslər xəstəxanaya yerləşdiriliblər.

Kütləvi dava ilə bağlı iki nəfər saxlanılıb ki, onlardan da biri azərbaycanlıdır.

Şahidlərin sözlərinə görə, fiziki qarşıdurmaya səbəb siqaret olub. Dava zamanı soyuq silahlardan istifadə olunduğu bildirilir.

Faktla bağlı Tetritskaro Rayon Polis İdarəsində araşdırma aparılır/Report.