XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 January 2020 - 16:49

Bakıda polis əməliyyatı:evə basqın edən qrup üzvlərindən daha biri saxlanılıb

Bakıda evə basqın edən qrup üzvlərindən daha biri saxlanılıb.

DİN-nin Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görəXəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 3-də rayon ərazisindəki evlərin birindən quldurluq yolu ilə içərisində 21000 ABŞ dolları və 6000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfi aparmaqda şübhəli bilinən, qrupun digər üzvü S.Nəbiyev saxlanılıb.

Faktla bağlı qaraşdırma davam edir.