XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 January 2020 - 10:24

Rusiyada məhkəmə binasında atışma olub –Ölən və xəsarət alan var

Rusiyada məhkəmə binasında atışma olub.

Bu barədə TASS fövqəladə xidmətlərdəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Kemerovo vilayətində, Novokuznetskdə baş verib.

Hadisə zamanı nəfər – bir qadın və bir kişi xəsarət alıb. “Kişi təcili yardım maşınında ölüb. O, ağır vəziyyətdə idi”, – hüquq mühafizə orqanlarından bildirilib.

Qeyd edilir ki, hadisəni törədən şəxs saxlanılıb/Report.