XƏBƏR LENTİ

24 Fevral 2020
23 Fevral 2020
22 Fevral 2020

Digər Xəbərlər

16 Yanvar 2020 - 12:05

Bakıda polis əməliyyatı:oğurluq edən 4 nəfərlik dəstə tutuldu

Bakının Qaradağ rayonunda oğurluq edən 4 nəfərlik dəstə tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsi 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 2-də rayon ərazisindəki evlərin birindən 26758 manat, televizor və noutbuk oğurlamaqda şübhəli bilinən Sahil qəsəbə sakinləri D.İbayev, X.Hüseynov, əvvəllər məhkum olunmuşlar – B.Cabbarov və T.Həbiyev saxlanılıblar.

Ətraflarında aparılan tədbirlərlə onların rayon ərazisindəki 1 qarajdan 4 ədəd təkər, su mühərriki və velosiped oğurlamaları da müəyyən edilib.