XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 January 2020 - 12:53

Bakıda 33 yaşlı qadın dəm qazından boğularaq ölüb

Bakıda ölüm hadisəsi baş verib. 

APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon sakini, 1987-cı il təvəllüdlü Məmmədova Lətifə Tarverdi qızının meyiti yaşadığı evdə aşkarlanıb.

Meyitin ilkin müayinəsi zamanı L.Məmmədovanın dəm qazından boğularaq öldüyü məlum olub.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.