XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 January 2020 - 23:34

Tovuzda 67 yaşlı kişi dəm qazından boğularaq ölüb

Tovuzda dəm qazından zəhərlənmə olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dondar Quşçu kəndində qeydə alınıb. Kənd sakini,  67 yaşlı Hüseynov Oktay Qarakişi oğlu yaşadığı evdə dəm qazından boğularaq ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.