XƏBƏR LENTİ

19 Fevral 2020
18 Fevral 2020

Digər Xəbərlər

23 Yanvar 2020 - 10:50

Biləsuvarda polis əməliyyatı:İran vətəndaşları silah və narkotiklə saxlanıldı + FOTO

Biləsuvarda polis İran vətəndaşlarını saxlayıb.

Bu barədə DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Strateq.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Arazbarı kəndi ərazisində 2 nəfər İran İslam Respublikası vətəndaşı, Rövşən Nusrəti və Rəsul Modiri saxlanılaraq rayon polis şöbəsinə gətirilib.

Polis Şöbəsində onların əlində olan qara çantaya baxış keçirilərkən oradan 5 kiloqram 500 qram narkotik vasitə heroin, 5 kiloqram 300 qram tiryək, 5 kiloqram 600 qram psixatrop maddə olan metamfetamin, 1 ədəd “Makarov” tipli tapança, həmin silaha aid 6 ədəd patron, 1 ədəd qaz balonu və 1 ədəd ov bıçağı aşkar edilərək götürülüb.

Həmin şəxslərin bildirdiyinə görə narkotik vasitələri İran vətəndaşı olan “Əli” adlı şəxsin sifarişi ilə qaçaq yolla Azərbaycan Respublikasının ərazisinə gətiriblər və əvvəlcədən müəyyən edilmiş yerdə gizlədərək geri qayıtmalı idilər. 

Faktla bağlı araşdırma aparılır.