XƏBƏR LENTİ

07 Aprel 2020
06 Aprel 2020

Digər Xəbərlər

23 Yanvar 2020 - 15:36

Suriyada döyüşən azərbaycanlıların şikayəti təmin olunmadı –Məhkəmə qərarı

Ali Məhkəmədə İŞİD terror təşkilatının bir qolu olan “Nüsra Cəbhəsi” tərkibində Suriyada vuruşmaqda təqsirləndirilən Asim Baxışov və Teyfur Əliverdiyevin barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

“Report”un məlumatına görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, həmin şəxslərin kassasiya şikayəti təmin edilməyib.

İttiham aktına əsasən, Emin Quliyev, Asim Baxışov və Teyfur Əliverdiyev Türkiyə ərazisindən keçərək Suriyada Gürcüstan vətəndaşının rəhbərlik etdiyi cinayətkar birliyin tərkibində “Kalaşnikov”dan istifadə edərək orada hava limanının alınması uğrunda gedən döyüşlərdə iştirak ediblər. Daha sonra İstanbul şəhərinə gələrək oradan Azərbaycana qayıdıblar. Ölkə ərazisində olarkən həbs ediliblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Quliyev 13 il, digər şəxslərin isə hər biri 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi onların apellyasiya şikayətini təmin etməyib. Daha sonra A.Baxışovla T.Əliverdiyev kassasiya şikayəti verib.