XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 January 2020 - 19:04

Şirvanda polis əməliyyatı:narkotik maddələr satan şəhər sakini saxlanıldı

Şirvan şəhər sakinindən külli miqdarda narkotik vasitələr götürülüb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Strateq.az-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şirvan şəhər sakini Aftandil Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib.

A.Məmmədovun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd bükümdə ümumi çəkisi 80,184 qram psixotrop maddə metafetamin və 1 ədəd bükümdə ümumi çəkisi 104,718 qram olan heroin aşkar edilərək götürülüb.

Əməliyyat tədbirinin davamı olaraq A.Məmmədovun yaşadığı mənzilə baxış keçirilən zaman oradan ümumi çəkisi 3,960 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.