XƏBƏR LENTİ

19 Fevral 2020
18 Fevral 2020

Digər Xəbərlər

28 Yanvar 2020 - 09:44

Bakıda üzərində odlu silah gəzdirən keçmiş məhkum saxlanılıb –FOTO

Bakıda üzərində odlu silah gəzdirən keçmiş məhkum saxlanılıb.

DİN-nin Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxsi tutub.

Belə ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş, paytaxt sakini Natiq Hüseynov tutulub.

Onun üzərinə baxış zamanı ədəd “Makarov” konstruksiyalı atəşə yararlı tapança, ədəd həmin silaha məxsus daraq və 3 ədəd patron aşkar edilərək götürülüb. Saxlanılan şəxs silah-sursatın ona məxsus olduğunu və polisə təhvil verməyərək qanunsuz olaraq üzərində gəzdirdiyini etiraf edib.

Faktla bağlı 22-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa aidiyyəti üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər.