XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 January 2020 - 11:34

“Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb” –DİN açıqlama yaydı

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, törədilən 31 cinayətin üstü “isti izlər”lə açılıb.

Məlimata görə, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması təmin olunub: “Axtarışda olduğuna görə ümumilikdə 42 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Avtomobil yollarında isə 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb”.

Məlumatda o da bildirilib ki, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib: “Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb”.