XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 January 2020 - 12:35

Qaradağda polis əməliyyatı:qəsəbə sakini 5 kq-dan artıq narkotik maddə ilə tutuldu

Qaradağ rayonunun Qobustan qəsəbə sakinində külli miqdarda narkotik vasitə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan qəsəbəsində yaşayan E.Nərimanovun evindən 33 qramdan artıq tiryək və 5 kiloqram 662 qram marixuana aşkar edilərək götürülüb.