XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 January 2020 - 14:44

Konstitusiya Məhkəməsi hakiminin oğlu oğurlanıb –Ermənistanda

Ermənistan Konstitusiya Məhkəməsinin hakimi Qrant Nazaryanın oğlu oğurlanıb.

“Shamshyan.com” saytının verdiyi məlumata görə, Q. Nazaryan yanvarın 27-də polis bölməsinə müraciət edərək, 8 yaşlı oğlunu keçmiş həyat yoldaşı, 41 yaşlı Annaya verdiyini bildirilib.

Qadın isə uşağı naməlum istiqamətə aparıb. Q. Nazaryan hesab edir ki, keçmiş arvadı uşağı oğurlayıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb/APA.