XƏBƏR LENTİ

09 Aprel 2020
08 Aprel 2020

Digər Xəbərlər

29 Yanvar 2020 - 18:23

Masallıda 16 yaşlı qız toyundan bir neçə gün sonra ölüb- Cinayət işi başlanıb

Masallıda 16 yaşlı qızın ərə verildikdən bir neçə gün sonra ölməsi ilə bağlı cinayət işi başlanıb.

Masallı rayon Prokurorluğundan APA-ya bildirilib ki, 2003-cü il təvəllüdlü Qəmbərova Fatimə Mayıs qızının ölümü ilə bağlı cinayət işi Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi üzrə araşdırır. 

*****

Masallıda 16 yaşlı qızın ərə verildikdən bir neçə gün sonra ölməsi ilə bağlı araşdırmalara başlanıb.

Masallı rayon Prokurorluğundan APA-ya bildirilib ki, yetkinlik yaşına çatmayan qızın meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertizasına təqdim edilib.

Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, “qafqazinfo.az” saytının yaydığı məlumata görə, rayonun Həsənli kənd sakini olan yetkinlik yaşına çatmayan qız iki həftə əvvəl Xoşçobanlı kəndindən olan oğlanla evləndirilib. Həmin qız bu gün dünyasını dəyişib.