XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

30 Yanvar 2020 - 11:49

Şəkidə dəhşətli qətl:1-ci qrup əlili öldürən şəxs tutuldu

Şəkidə 1-ci qrup əlili öldürən şəxs saxlanılıb.

Şəki Rayon Prokurorluğundan Strateq.az-a verilən məlumata görə, yanvarın 29-da saat 20 radələrində Şəki şəhərində yerləşən fərdi yaşayış evlərindən birində 1976-cı il təvəllüdlü, 1-ci qrup əlil Eyvaz Səmədovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar olunması barədə məlumat daxil olub.

Dərhal prokurorluq, polis əməkdaşlarının və məhkəmə tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üzrə maddi sübutlar müvafiq qaydada qablaşdırılaraq götürülüb, müvafiq ekspertizalar təyin edilib.

Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Təxirəsalınmaz istintaq tədbirləri ilə hadisənin şəhər sakini, 1993-cü il təvəllüdlü Orxan Yusifli tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. O. Yusifli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.