XƏBƏR LENTİ

21 Fevral 2020

Digər Xəbərlər

01 Fevral 2020 - 14:28

Bakıda polis əməliyyatı:əcnəbi vətəndaşı hədə-qorxu ilə soyan iki nəfər tutuldu

Bakıda əcnəbi vətəndaşın pulqabısı əlindən alınıb.

DİN-nin Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş yanvarın 31-i saat 3 radələrində H.Z.Tağıyev küçəsində 2 nəfərin ondan içərisində 1 800 ABŞ dolları olan pulqabısını açıq talama yolu ilə aldığını bildirib.

Dərhal müvafiq araşdırmalar aparılıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri R.Səttarzadə və V.Yusubov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Səbail RPİ-də araşdırma aparılır.