XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 February 2020 - 18:19

Bakıda avtomobilləri qarət etməkdə şübhəli bilinən şəxs saxlanılıb –FOTO

Fevralın 1-də, səhər saat 04:30 radələrində, Nizami rayonu, Tofiq Abbasov küçəsində qeydə alınıb.

Kürdəmir rayon sakini, Aqil Qasımov avtomobilin şüşəsini sındıraraq onun içərisindəki maqnitofonu oğurlamağa cəhd edib.

Bu zaman ərazidə olan Nizami Rayon Polis İdarəsinin Post Patrol Xidməti əməkdaşlarının operativliyi nəticəsində A.Qasımov hadisə yerində yaxalanıb və 25-ci Polis Bölməsinə təhvil verilib.

Faktla bağlı Nizami RPİ-nin 25-ci PB-də araşdırma aparılır. /APA