XƏBƏR LENTİ

09 İyul 2020
08 İyul 2020

Digər Xəbərlər

04 Fevral 2020 - 12:26

Sumqayıtda Hindistan vətəndaşının ölümü ilə bağlı cinayət işi başlanıb

Sumqayıtda əcnəbi vətəndaşın mənzildə ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

APA-nın məlumatına görə, Hindistan vətəndaşı, 1995-ci il təvəllüdlü Ranjit Surjit Kumar oglunun dəm qazından zəhərlənərək ölməsi faktı ilə bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümü ilə nəticələnəndə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, ölüm hadisəsi ötən gün şəhərin 21-ci məhəlləsində qeydə alınıb.

İki həftə bundan öncə Sumqayıta gələn Ranjit Surjit Kumar oglu kirayədə qaldığı evin hamamında dəm qazından boğularaq olub.