XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 February 2020 - 21:34

Qazaxda 9-cu sinif şagirdi dərs vaxtı 10-cu sinif şagirdinı bıçaqlayıb –Cinayət işi açılıb

Qazaxda orta məktəbdə bıçaqlanma hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Hadisə şəhər saatlarında rayonun 1 saylı orta məktəbində baş verib.

Belə ki, məktəbin 9-cu sinif şagirdi M.Qasımov dərs vaxtı 10-cu sinif şagirdi, 2004-cü il təvəllüdlü N.Əliyevi mübahisə zəminində bıçaqlayıb.

Daha sonra yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Qazax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisəni törədən M.Qasımov müəyyən edilib.

Araşdırma aparılır/Report.