XƏBƏR LENTİ

09 İyul 2020
08 İyul 2020

Digər Xəbərlər

06 Fevral 2020 - 23:35

Telman İsmayılovun qardaşına 17 il həbs cəzası verildi – Qətl və silah alveri ittihamı ilə

“Çerkizovsk” bazarının sabiq rəhbəri Telman İsmayılovun qardaşı Rafiq İsmayılova hökm oxunub.

O, 17 il müddətinə azadlıqdan məhrum edilib.

İşə Moskva Regional Məhkəməsində baxılıb. O, iki və ya daha çox şəxsin qətlində və silah alverində təqsirli bilinib.

İstintaqın versiyasına görə, İsmayılov qardaşları Rusiyada ticarət komplekslərinin sahibi Vladimir Savkin və “Lublino motors”un təsisçisi Yuri Brilevə qarşı sui-qəsd təşkil ediblər. Qətlin icraçısı Mehman Kərimov olub. Silahı isə ona Rafiq İsmayılov verib.

2017-ci ilin mart ayında saxlanılan Kərimov təqsirini tam etiraf edib və İsmayılov qardaşlarının cinayətdə iştirak etməsi barədə ifadə verib. /Oxu.az