XƏBƏR LENTİ

06 İyul 2020
05 İyul 2020
04 İyul 2020

Digər Xəbərlər

08 Fevral 2020 - 21:43

Neftçalada dördmərtəbəli yaşayış binasında yanğın: FHN açıqlama yaydı + VİDEO

Neftçala şəhərində 4 mərtəbəli yaşayış binasında baş vermiş yanğın söndürülüb.

Strateq.az FHN-ə istinadla xəbər verir ki, Neftçala rayonu, Neftçala şəhəri, H.Əliyev prospekti 4 ünvanında dördmərtəbəli yaşayış binasının dam örtüyündə baş verən yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri tərəfindən saat 21:15 dəqiqədə söndürülüb.

***

Neftçala rayonunda dördmərtəbəli yaşayış binasında yanğın baş verib.

Hadisə şəhərin Heydər Əliyev prospekti- 4 ünvanında qeydə alınıb.

Yanğın binanın sonuncu mərtəbəsində başlayıb. Hadisə yerinə Neftçala rayon yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub, sakinlər binadan təxliyə edilib.

Hava şəraiti küləkli olduğundan alovun qarşısını almaq hələ mümkün deyil.

İlkin məlumata görə, xəsarət alan yoxdur. Təcili yardımın 4 briqadası hadisə yerinə cəlb edilib. Hadisə zamanı qorxu keçirən sakinlərə ambulator yardım göstərilib/Report.